Accessibility links

Yaralanan əsgər vəfat edib


əsgər
əsgər

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi 130 dəfə pozulub

Azərbaycan ordusunun son günlər cəbhə bölgəsində itkilərinin sayı 13-ə çatıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə iyulun 31-dən avqustun 1-ə keçən gecə Ermənistan qüvvələrinin hücumunu dəf edərkən yaralanan hərbçilərdən biri Anar Qarazadə hərbi hospitalda dünyasını dəyişib.

Müdafiə naziri Zakir Həsənovun əmri ilə əsgər Qarazadə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal ilə təltif edilib.

Eyni zamanda Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 130 dəfə pozulub.

Atəşkəs rejimi əsasən Ağdam,Tovuz, Füzuli ,Tərtər istiqamətində pozulub.

XS
SM
MD
LG