Accessibility links

Ermənistan Azərbaycan hərbçisinin cəsədini qaytarıb


Azərbaycan hərbçisinin cəsədi
Azərbaycan hərbçisinin cəsədi

Azərbaycan-Ermənistan dövlət sərhədində 2016-cı il dekabrın 29-da həlak olmuş əsgər Çingiz Qurbanovun cəsədi fevralın 5-də Azərbaycana qaytarılıb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, hərçinin cənazəsi hərbi ehtiram qaydalarına uyğun olaraq fəxri qarovulun müşayiəti ilə Bakı şəhərinə gətirilib.

Azərbaycan hökumətinin, ATƏT-in Minsk qrupunun həmsədrlərinin, çoxsaylı beynəlxalq təşkilatların müraciətinə baxmayaraq Çingiz Əsgərovun cəsədi bir aydan çoxdur ki, Azərbaycana qaytarılmırdı.

Xatırladaq ki, Ermənistan fevralın 1-də daha bir Azərbaycan hərbçisi Elnur Hüseynzadəni əsir götürdüyünü bildirib.

Azərbaycan tərəfi isə Elnur Hüseynzadənin hərbçi olmadığını bildirib.

XS
SM
MD
LG