Accessibility links

Azərbaycan müdafiə naziri Zakir Həsənov vəziyyətlə yerində tanış olmaq üçün cəbhəboyu zonaya səfər edib.

Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir ki, Ermənistan silahlı qüvvələri tərəfindən təxribatların intensivləşməsi ilə əlaqədar, eləcə də müdafiənin ön xəttində bölmələrin döyüşə hazırlıq səviyyəsinin yerində qiymətləndirilməsi məqsədilə Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonaya səfər edib.

Zakir Həsənov

Zakir Həsənov

“Müdafiə nazirinə təqdim edilən kəşfiyyat məlumatları göstərir ki, düşmən öz qoşunlarının yenidən qruplaşması, həmçinin artilleriya sistemlərinin və digər iriçaplı texnikanın bizim müdafiənin ön xəttində cəmləşdirilməsi üzrə tədbirlər həyata keçirir. Bu isə düşmənin məqsədinin vəziyyətin gərginləşdirilməsinə yönəldiyini qeyd etməyə əsas verir”, xəbərdə qeyd edilir.

Mətbuat xidməti bildirir ki, Müdafiə Nazirliyinin rəhbərliyi Ermənistan silahlı qüvvələrinin növbəti təxribatlarının qarşısının alınması ilə əlaqədar daha sərt və qətiyyətli cəza tədbirlərinin görülməsi üçün ön xətdə yerləşən qoşunlara istiqamətlər üzrə konkret tapşırıqlar verib.

Son günlər cəbhə xəttində atəşkəsin pozulmsası halları intensivləşib. Tərəflər bir-birini təxribat törətməkdə və ağır silahlardan istifadə etməkdə günahlandırır. Müdafiə Nazirliyi fevralın 22-də Azərbaycan Ordusunun hərbçisinin qarşı tərəfin artilleriya atəşi nəticəsində həlak olduğunu bildirib.

Erməni mediası isə rəsmi mənbələrə istinadən fevralın 23-də cəbhədə erməni silhalı bölməsinin bir hərbi qulluqçusunun öldürüldüyünü bildirib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG