Accessibility links

Bir sutkada atəşkəs rejimi 98 dəfə pozulub

Ermənilər cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində ümumilikdə 98 dəfə atəşkəs rejimini pozublar. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə deyilir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Noyemberyan rayonunun Dovex, Berdavan, Barekamavan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli və Qaymaqlı kəndlərində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutublar.

Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili, Tərtər rayonunun Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Həmçinin Xocavənd və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Ordusunun mövqeləri intensiv olaraq atəşə məruz qalıb.

Mətbuat xidməti düşmənin cavab atəşi ilə susdurulduğunu bildirib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına Ermənistan tərəfi hələ cavab verməyib.

Hərbi ekspertlərin fikrincə, bu Ermənistan-Azərbaycan cəbhə xəttində son illərdəki atəşkəs rejiminin ən çox çox pozulduğu hallardan biridir.
XS
SM
MD
LG