Accessibility links

Cəbhədə vəziyyət gərginləşir


Azərbaycan ordusu cəbhə bölgəsində

Azərbaycan ordusu cəbhə bölgəsində

Son gündə atşəkəs rejimi 138 dəfə pozulub

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, ermənilər cəbhənin müxtəlif istiqamətlərində son sutka ərzində ümumilikdə 138 dəfə atəşkəs rejimini pozublar.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə erməni silahlı bölmələri dünən və bu gecə cəbhənin qərb, şimal-qərb və cənub istiqamətlərində Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

Mətbuat xidməti düşmənin cavab atəşi ilə susdurulduğunu bildirir.

Son günlər cəbhə xəttində gərginlik artmaqda davam edir. Azərbaycan və Ermənistan Müdafiə Nazirlikləri qarşılıqlı ittihamlarla çıxış edir. Atəşkəs rejimi mütəmadi pozulur və hər iki tərəfdən ölüm halları qeydə alınıb.
XS
SM
MD
LG