Accessibility links

Cəbhədə vəziyyət gərgin olaraq qalır, atışmalar davam edir

Ermənistan-Azərbaycan cəbhəsində vəziyyət gərgin olaraq qalır.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə son sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi 150 dəfə pozulub.

Belə ki, Ermənistan Ordusu Azərbaycan Silahlı Qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində, - Tovuz, Qazax, Ağstafa rayonlarındakı, Azərbaycanın işğal altında olan ərazilərindən isə Goranboy, Tərtər, Ağdam, Xocavənd, Cəbrayıl, Füzuli rayonlarındakı mövqelərini atəşə tutub.

Mətbuat xidməti qarşı tərəfin cavab atəşi ilə susdurulduğunu bildirir. İtkilər barədə məlumat verilmir.

Ermənistan Müdafiə Nazirliyi atəşkəs rejiminin pozulması ilə bağlı hələ məlumat yaymayıb.
XS
SM
MD
LG