Accessibility links

Atəşkəs rejimi 250 dəfə pozulub

Ermənistan-Azərbaycan cəbhəsində gərginlik davam edir. Ötən sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi ümumilikdə 250 dəfə pozulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan-Azərbaycan sərhədi boyu və Azərbaycanın işğal olunmuş ərazilərindəki mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

Mətbuat xidməti bütün hallarda cavab atəşi açıldığını bildirir.
XS
SM
MD
LG