Accessibility links

Atəşkəs 74 dəfə pozulub

Son sutka ərzində Ermənistan-Azərbaycan cəbhəsinin müxtəlif istiqamətlərində atəşkəs rejimi ümumilikdə 74 dəfə pozulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan-Azərbaycan sərhədində və Azərbaycanın işğal altında olan ərazilərdəki mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

Mətbuat xidməti bildirir ki, bütün hallarda qarşı tərəf cavab atəşi ilə susdurulub. İtki yoxdur.
XS
SM
MD
LG