Accessibility links

Aprelin 5-də saat 12-dın başlayaraq Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə tərəflərin əldə etdiyi razılaşmadan dərhal sonra Azərbaycan-Ermənistan dövlət sərhədində Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasının Ordubad, Şahbuz və Babək rayonlarında yerləşən mövqeləri ermənilər tərəfindən atəşə tutulub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, aprelin 5-də Bakı vaxtı ilə saat 12.10-dan başlayaraq aprelin 6-sı saat 12.56-dək sutka ərzində Azərbaycan Ordusunun bu rayonlardakı mövqeləri Ermənistanın Mehri, Sisian və Cermuk rayonları ərazisindəki mövqelərindən iriçaplı silahlar və qumbaraatanlardan atəşə məruz qalıb.

Əlahiddə Ümumqoşun Ordusunun həmin istiqamətlərdə yerləşən bölmələrinin dəqiq cavab atəşi ilə ermənilər susdurulub.

Azərbaycan Ordusunun Ordubad rayonu istiqamətində yerləşən bölmələrinin cavab tədbirləri nəticəsində ermənilərin qarşı tərəfdəki atəş nöqtəsi və mühəndis-istehkam qurğusu dağıdılıb.

Müdafiə Nazirlyii bildirir ki, əməliyyat şəraiti Silahlı Qüvvələrin tam nəzarəti altındadır.

XS
SM
MD
LG