Accessibility links

Cəbhədə gərginlik artmaqdadır

Ermənistan-Azərbaycan cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində ümumilikdə 93 dəfə atəşkəs rejimi pozulub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Azərbaycan-Ermənistan sərhədinin qərb, şimal-qərb istiqamətlərində və Qarabağda cəbhə boyu Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
Mətbuat xidməti qarşı tərəfin cavab atəşi ilə susdurulduğunu bildirir.

Ermənistan Müdafiə Nazirliyi hələ son sutkada atəşkəs rejiminin pozulması ilə bağlı rəsmi məlumat yaymayıb.

Son günlər Ermənistan-Azərbaycan cəbhəsinin bütün istiqamətlərində, o cümlədən iki ölkə sərhədlərində gərginlik artmaqda davam edir.
XS
SM
MD
LG