Accessibility links

Cəbhədə gərginlik davam edir - əsir qəflətən ölüb


Müdafiə Nazirliyində hərbi attaşülərlə görüş

Müdafiə Nazirliyində hərbi attaşülərlə görüş

Ermənistan Mingəçevir Su Elektrik Stansiyasına qarşı təxribat olacağını, Azərbaycan isə bunun Ermənistan üçün acınacaqlı nəticələr verəcəyini bildirir

Avqustun 8-də səhər saatlarında ermənilərin kəşfiyyat-təxribat dəstəsinin ələ keçirilmiş üzvü Karen Petrosyan qəflətən naməlum səbəbdən dünyasını dəyişib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Karen Petrosyan

Karen Petrosyan

Məlumatda deyilir ki, ilkin ehtimala görə K. Petrosyanın ölümünə kəskin ürək-ağciyər çatışmazlığı, kəskin miokardial çatışmazlıq səbəb olub. Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Gəncə regional bölməsinin ekspertləri ölümün səbəblərini dəqiqləşdirir.

Hadisə barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi məlumatlandırılıb.

Müdafiə Nazirliyi bildirir ki, avqustun 7-də Tovuz rayonunun ərazisində ermənilərin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Qrupun zərərsizləşdirilməsi istiqamətində görülən tədbirlər nəticəsində dəstənin 4 üzvü məhv edilib, daha bir üzvü, Berd rayonunun Çinari kənd sakini, 1989-ci il təvəllüdlü Karen Petrosyan isə əsgərlər tərəfindən ələ keçirilmişdi.

Avqustun 8-də səhər saatlarında dəstənin ələ keçirilmiş üzvü Karen Petrosyan qəflətən naməlum səbəbdən dünyasını dəyişib.

İlkin ehtimala görə K.Petrosyanın ölümünə kəskin ürək-ağciyər çatışmazlığı, kəskin miokardial çatışmazlıq səbəb olub. Hazırda Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Gəncə regional bölməsinin ekspertləri ölümün səbəblərini dəqiqləşdirir.
Hadisə barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi məlumatlandırılıb.

Ermənistan-Azərbaycan cəbhəsində gərginliyin davam etməsi ilə yanaşı tərəflər arasında hədələmə də davam edir.

Belə ki, Ermənistanın Müdafiə naziri Seyran Ohanyanın Azərbaycanın Mingəçevir Su Elektrik Stansiyasına qarşı diversiya törədiləcəyi ilə bağlı Azərbaycan tərəfini hədələyib.

Azərbaycan Müdafiə Nazirliyinin ona cavabında deyilir ki, “əgər belə bir hadisə baş verərsə Silahlı Qüvvələrimizin cavabı dərhal və layiqli olacaqdır. Silahlı Qüvvələrimiz işğal olunmuş rayonlarımızda və Ermənistanın ərazisində yerləşən düşmənin bütün hərbi obyektlərinə zərbə endirmək imkanlarına malikdir.

Ermənistan tərəfindən Mingəçevir Su Elektrik Stansiyasına qarşı hər hansı təxribat cəhdləri baş verərsə erməni xalqı bilməlidir ki, bunun cavabı onlar üçün daha acınacaqlı olacaqdır.

Müdafiə Nazirliyi bəyan edir ki, raketləri Ermənistan istiqamətində tuşlanmış ordumuz düşmən ölkənin paytaxtı İrəvan şəhərini belə yerlə yeksan etmək əmrini icra etməyə hazırdır”, Azərbaycan Müdafiə Nazirliyinin məlumatında qeyd edilir.

Eyni zamanda avqustun 8-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində ölkədə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin iştirakı ilə tədbir keçirilib.

Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi Ramiz Nəcəfov və Mətbuat Xidmətinin rəisi Vaqif Dərgahlı Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində son zamanlar yaranan gərginliklə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verərək onları atəşkəsin pozulması, düşmənin müdafiənin ön xəttinə etdiyi basqın cəhdlərinin səbəbləri və nəticələri barədə obyektiv informasiya ilə təmin edib. Bu barədə mətbuat xidmətinin məlumatında deyilir.

XS
SM
MD
LG