Accessibility links

Müdafiə Nazirliyi: Ermənistanın xüsusi təyinatlı dəstəsinin komandiri öldürülüb

Katie Hensler looks over a sunflower field in Lawrence, Kansas, USA, Sept. 7, 2016. The 40-acre field, planted annually by the Grinter family, draws thousands during the weeklong late summer blossoming of the flowers.

Müdafiə Nazirliyi Ermənistanın iki kəşfiyyat-təxribat qrupunun qarşısının alındığını bildirir

Ermənistan Ordusunun bölmələri təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin mövqelərinə hücuma keçməyə cəhd göstərib.

Azərbaycan Müdafiə Nazirliyinini mətbuat xidmətinin məlumatına görə, qabaqlayıcı tədbirlər nəticəsində iki kəşfiyyat-təxribat qrupunun qarşısı alınıb.

“Təxribat zamanı Ermənistan tərəfinin xüsusi təyinatlı dəstəsinin komandiri, zabit Tiqran Simonyan da daxil olmaqla bir neçə əsgəri məhv edilib. Xeyli sayda yaralı var”, məlumatda deyilir.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Silahlı Qüvvələrin bölmələri heç bir itki verməyib və cəbhə xəttində vəziyyətə tam nəzarət edir.

Ermənistan tərəfi bu barədə hələlik hər hansı bir məluat yaymayıb.

XS
SM
MD
LG