Accessibility links

Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi Etibar Kazımov martın 26-da cəbhənin Tərtər rayonunun Qapanlı kəndi istiqamətində həlak olub.

Müdafiə Nazirliyinin Mətbuat xidməti Amerikanın Səsinə faktı təsdiq edib.

Hərbçinin hansı şəraitdə həlak olması ilə bağlı məlumat verilmir.

PanArmenian.net saytının verdiyi məlumata əsasən erməni hərbi rəsmiləri Azərbaycan silahlı qüvvələrinin 26 martda atəşkəs rejimini 140 dəfə pozduğunu xəbər verib.

Azərbaycan tərəfinin 60, 82 və 120 mm çaplı minamyotlardan, RPG-7 və AGS-17 tipli qumbaraatanlardan erməni mövqelərinə 1700 atəş açdığı bildirilir.

XS
SM
MD
LG