Accessibility links

Cəbhədə iki pilotsuz uşuş aparatı vurulub


Pilotsuz uçrş aparatı

Pilotsuz uçrş aparatı

Cəbhənin Ağdam rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus 2 ədəd “Krunk-25” taktiki pilotsuz uçuş aparatı (PUA) atəşlə məhv edilib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, “Krunk-25” pilotsuz uçuş aparatı taktiki dərinlikdə hava kəşfiyyatı tapşırıqlarını yerinə yetirmək üçün nəzərdə tutulub. Aparat proqramlaşdırılmış avtopilotla, video və fotokameralı avadanlıqla təchiz olunub. PUA yerdən operator tərəfindən idarə edilir.

Uçuş aparatının maksimal uçuş hündürlüyü 5400 metr, qalxma çəkisi 60 kiloqram, uzunluğu 3,8, qanadlarının açılma uzunluğu 5 metrdir. Aparatın havada qalma vaxtı 5 saat, uçuş surəti saatda 150 kilometrdir.

Ermənistan tərəfi hələ məlumata reaksiya verməyib.

XS
SM
MD
LG