Accessibility links

Ermənistanın pilotsuz aparatı vurulub


Pilotsuz uçan aparat (Foto Azərbaycan Müdafiə Nazirliyinindir)
Pilotsuz uçan aparat (Foto Azərbaycan Müdafiə Nazirliyinindir)

Cəbhənin Ağdam rayonu (Bakıdan 351 kilometr qərb) istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus ilkin ehtimala görə "Krunk-25" tipli taktiki pilotsuz uçan aparatı (PUA) Azərbaycan Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə bölmələri tərəfindən aşkar olunaraq atəş nəticəsində məhv edilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Ermənistan tərəfi Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına hələ münasibət bildirməyib.

XS
SM
MD
LG