Accessibility links

Dekabrın 14-də qoşunların təmas xəttində erməni tərəfi ilə döyüş toqquşmasında Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Nihad Rəhimli həlak olub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, qoşunların təmas xəttində vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət bütünlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Erməni tərəfi hələ cəbhədəki durumla bağlı məlumat yaymayıb.

Son zamanlar cəbhə xəttində gərginlik artmaqda və hər iki tərəfin itkilərinin sayı çoxalmaqda davam edir. Gərginliyin artması dekabrın ortalarında gözlənilən Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ərəfəsində baş verir. Azərbaycan tərəfi görüşə razılıq verib.

ATƏT-in Minsk qrupunun həmsədr dövlərləri isə bir daha mövcud status kvonun dəyişməsinin vacibliyini bildirib və tərəfləri stabilliyi qorumağa çağırıb.

“Münaqişənin hərbi yolla həlli yoxdur”, həmsədrl ölkələrin bu yaxınlarda yaydığı birgə bəyanatda deyilir.

XS
SM
MD
LG