Accessibility links

Azərbaycanın hərbi qulluqçusu həlak olub


Cəbhə xətti
Cəbhə xətti

Fevralın 3-də Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan tərəfinin təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu İmran Mirzəyev həlak olub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Mətbuat xidməti bildirir ki, Azərbaycan Silahlı Qüvvələrinin həmin istiqamətdə yerləşən bölmələrinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində təxribat qrupunun 3 nəfər üzvü məhv edilib.

Öz növbəsində, Ermənistan mediası fevralın 3-də Azərbaycanla sərhəddə yerləşən Berkavar kəndində mülki avtomobilin atəşə məruz qaldığını yazıb. Zərər çəkən olmayıb.

Ermənistanın rəsmi hərbi mənbələri isə Azərbaycan Müdafiə Nazirliyinin məlumatına hələ münasibət bildirməyib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG