Accessibility links

Azərbaycan erməni tərəfinə qabaqlayıcı zərbə endirdiyini bildirir


Cəbhə xətti (Görüntü Müdafiə Nazirliyinin videosundan götürülüb)

Cəbhə xətti (Görüntü Müdafiə Nazirliyinin videosundan götürülüb)

“Azərbaycan Silahlı Qüvvələri növbəti təxribatın qarşısını almaq məqsədilə düşmənə qabaqlayıcı zərbə endirib. Nəticədə düşmən hərbi texnika və onlarla canlı qüvvə itirib”. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Məlumatda deyilir ki, Azərbaycanın dinc yaşayış məntəqələrinin atəşə tutulmasının qarşısı Silahlı Qüvvələr tərəfindən dərhal və qətiyyətlə alınacaq, qarşı tərəfin Ağdərə, Madagis, Talış və digər məntəqələrdə yerləşən hərbi infrastrukturu atəşlə məhv ediləcək.

Müdafiə Nazirliyi erməni tərəfinin mövqelərinə endirdiyi zərbələrlə bağlı video da yayıb (http://mod.gov.az/index2.php?content=news/2016/20160305_melumat_texribat).

Öz növbəsində Ermənistan mediası rəsmi mənbələrə istinadən Azərbaycan tərəfinin son gündə ermənilərin mövqelərinə atıçı silahlardan, o cümlədən qranatomyot və minomyotlardan 7,5 min dəfə atəş açdığını bildirib. Rəsmi mənbələr erməni silahlı qüvvələrinin cəbhədə vəziyyətə tam nəzarət etdiyini bildirsə də itkilər barədə məlumat verməyib.

XS
SM
MD
LG