Accessibility links

Müdafiə Nazirliyi: Cəbhədə vəziyyət gərgin və stabildir


Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın baş nazirinə cavab verib

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın baş nazirinə cavab verib

Cəbhədə təmas xəttində vəziyyət gərgin və stabildir.

Bunu APA-ya açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib.

V. Dərgahlı deyib ki, bu gecə erməni silahlı bölmələri Tərtər-Ağdərə və Xocavənd-Füzuli istiqamətində təmas xəttində olan əraziləri artilleriya atəşinə tutub. Ölən və yaralanan yoxdur.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə nəzarət edir.

XS
SM
MD
LG