Accessibility links

Cəbhə xəttində gərginlik davam edir


Cəbhə xəttində gərginlik davam etməkdədir. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, aprelin 14-də Azərbaycan Silahlı Qüvvələrinin bir hərbçisi ermənilər tərəfindən açılan atəş nəticəsində həlak olub.

Aprelin 15-də isə Ermənistan mediası rəsmi mənbələrə istinadən iki erməni hərbçisinin Azərbaycan tərəfindən açılan atəşlə öldürüldüyünü bildirib.

Bununla yanaşı tərəflər bir-birinə qarşı hədə ritorikasını davam etdirir. Erməni tərəfi Azərbaycanın cavabının veriləcəyini bildirir. Öz növbəsində Azərbaycan Müdafiə Nazirliyi dünən hərbçinin ölümündən sonra cavabın sarsıdıcı olacağını bildirib.

Xatırladaq ki, aprelin əvvəlindəki qanlı toqquşmadan sonra tərəflər hərbi əməliyyatların dayandırılması ilə bağlı razılığa gəlib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG