Accessibility links

Noyabrın 15-də cəbhə xəttində Azərbaycanın hərbi qulluqçusu həlak olub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, xidməti vəzifəsini yerinə yetirərkən ermənilər tərəfindən açılan atəşlə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Aqil Məlikov həlak olub.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona bu ilin oktyabrında səfərindən sonra Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Ermənistan tərəfinin status-kvonu dəyişməyə hazır olmadığını bəyan edib. Ermənistan xarici işlər naziri isə Azərbaycan tərəfinin yalnız ərazi bütövlüyü prinsipi üzərində israr etdiyini bildirib.

Həmsədrlərin səfərindən sonra cəbhə xəttində gərginlik artan xətlə inkişaf edir. Artıq hər iki tərəf atəşkəsin pozulması nəticəsində hərbçilərinin həlak olması ilə bağlı məlumatlar yayıb. Tərəflər son zamanlar atəşkəsin daha iriçaplı silahlardan pozulduğunu bildirir.

Hərbi təlim

Hərbi təlim

Noyabrın 12-dən başlayaraq Azərbaycan Silahlı Qüvvələri genişmiqyaslı hərbi təlimlər keçirir. Müdafiə Nazirliyi noyabrın 18-dək davam edəcək təlimlərdə60 min hərbiçinin, 60 təyyarənin, helikopterin, 150 ədəd zirehli texnikanın, 700 raket və artilleriya sisteminin iştirak etdiyini bildirib.

Nazirlik bu gün cəbhə xəttində ermənilərin bir pilotsuz uçuş aparatının vurulduğu barədə məlumat yayıb. Ancaq, Ermənistan mediası rəsmi mənbələrə istinadən məlumatın doğru olmadığı barədə xəbər yayıb.

Öz növbəsində, Ermənistan Müdafiə Nazirliyinin baş qərargah rəisi Movses Akopyan bu gün bildirib ki, Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Ordusunun hərbi təlimlərini izləyir və cəbhənin ön xəttində vəziyyətə tam nəzarət edir.

Show comments

XS
SM
MD
LG