Accessibility links

Cəbhədə gərginlik artıb


Cəbhə bölgəsində zirehli texnika qruplarının döyüş hazırlığı təlimi keçirilib
Cəbhə bölgəsində zirehli texnika qruplarının döyüş hazırlığı təlimi keçirilib

Fevralın 7-də Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində qoşunlarımızın müdafiənin ön xəttindəki mövqeləri iriçaplı silahlardan, minaatanlar və toplardan atəşə tutulub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumatında deyilir ki, dərhal görülən təxirəsalınmaz cavab tədbirləri nəticəsində atəşlə ermənilərin müxtəlif mühəndis qurğuları və atəş nöqtələri məhv edilib.

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı birləşmələri Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlardan atəşə tutmaqla Dağlıq Qarabağda cəbhənin başqa istiqamətində həyata keçirməyə cəhd etdiyi diversiyadan diqqəti yayındırmaq məqsədi güddüyü ehtimal olunur:

"Lakin bölmələrimizin sayıqlığı nəticəsində düşmənin aktivliyi əvvəlcədən aşkar olunub. Görülən tədbirlər nəticəsində itki verən düşmən geri çəkilməyə məcbur edilib. Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti heç bir itki verməyib və hazırda bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edilir”, Azərbaycan Müdafiə Nazirliyi qeyd edir.

Öz növbəsində, Ermənistan mediası rəsmi mənbələrə istinadən cəbhə xəttində fevralın 7-də və 8-də gərginliyin artdığını bildirir. Rəsmi qurumlar Azərbaycan tərəfinin müxtəlif çaplı silahlardan intensiv atəş açdığını bildirsə də itkilər barədə məlumat vermilmir.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG