Accessibility links

Fevralın 9-da axşam saatlarında cəbhənin Ağdərə-Tərtər istiqamətində (Bakıdan 400-450 kilometr qərb) ermənilərə məxsus və içərisində şəxsi heyət olan hərbi nəqliyyat vasitəsi Azərbaycan Ordusunun bölmələrinin sərrast atəşi ilə məhv edilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Öz növbəsində, Ermənistan mediası rəsmi mənbələrə istinadən cəbhə xəttində gərginliyin artmaqda davam etdiyini, erməni hərbçilərinin mövqelərinin qranat və mina atanlar da daxil olamaqla digər silahlardan atəşə tutulduğunu bildirir.

Bununla yanaşı, erməni tərəfi Azərbaycan Müdafiə nazirliyinin məlumatına münasibət bildirməyib, itkilər barədə məlumat yaymayıb.

XS
SM
MD
LG