Accessibility links

Həlak olan hərbçilərin meyitləri döyüş meydanından götürülüb (Yenilənib)


“Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımızın nəşləri beynəlxalq vasitəçilərin iştirakı ilə döyüş meydanından təxliyə edilib”. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bundan öncə, Müdafiə Nazirliyi həlak olan 5 hərbçinin adını açıqlayıb.

Məlumatda deyilirdi ki, hərbçilərin meyidləri neytral zonada qalıb və Ermənistan tərəfi onları götürməyə şərait yaratmır.

***

Azərbaycan Müdafiə Nazirliyi cəbhədə fevralın 25-də həlak olan 5 hərbçinin adlarını açıqlayıb: Aqşin Abdullayev, Şahlar Nəzərov, Tural Həşimli, Zülfi Qədimov, Zakir Cəfərov.

"Fevralın 26-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin və ATƏT-in iştirakı ilə cəsədlərin çıxarılması üzrə tədbirlər planlaşdırılırdı. Amma prosedur başladıqda Ermənistan tərəfi yeni, qəbuledilməz şərtlər irəli sürüb", Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.

Nazirlik şərtlərin nədən ibarət olduğunu açıqlamır.

Eyni zamanda nazirliyin mətbuat xidməti bildirir ki, cəbhənin digər hissələrində diversiya cəhdləri olub və atışmalar davam edib.

Ermənistan mediası də rəsmi mənbələrə istinadən cəbhədə ağır silahlar da daxil olmaqla, atışmaların davam etdiyini təsdiq edib.

XS
SM
MD
LG