Accessibility links

Çeçenistanda yaraqlı özünü partladıb


Polisin mühasirəyə aldığı silahlı qaça bilməyəcəyini realizə edərək intihar edib

Çeçenistandakı Rusiya rəsmiləri bildirir ki, paytaxt Qroznıda polis axtarışda olan yaraqlını tutmaq üzrə olan zaman o, özünü partladıb. İntihar hücumu zamanı bir polis işçısı və terrorçuluqda şübhəli bilinən bir şəxs də həlak olub. Polis intiharı həyata keçirənin Xazmat Şeliyev olduğunu bildirib. O, Rusiyanın cənubundakı respublikadan bir neçə terror aktları həyata keçirməkdə şübhəli bilinərək axtarışda olub. Rəsmilərin sözlərinə görə, polis dünən Şeliyev Qroznıdakı evini tərk edən zaman onu mühasirəyə alıb. Yaraqlı bir neçə atəş açandan sonra qaça bilməyəcəyini realizə edib və özünü partladıb.

XS
SM
MD
LG