Accessibility links

Cef Seşşions ABŞ-ın yeni baş prokurorudur


Senator Ceff Seşşions cümə axşamı Ağ Evdə ABŞ-ın növbəti baş prokuroru olaraq and içir.

ABŞ Senatı veteran qanunvericinin namizədliyini qızğın debatdan və tanınmış Demokratın müzakirələrdən müvəqqəti olaraq kənarlaşdırılmasına gətirib çıxaran qarşıdurmadan bir gün sonra, çərşənbə günü təsdiq edib.

52 leyhinə - 47 əleyhinə olan səsvermədə uzun zamandır Alabama qanunvericisi olan respublikaçı Seşşions Amerikanın ən yüksək vəzifəli qanun-mühafizə məmuru oldu. O, ötən ilki seçki kampaniyası zamanı Donald Trampın prezidentiylə namizədləiyini və onun qanunsuz immiqrasiyaya qarşı mövqeyini dəstəkləyirdi.

Seşşions 20 il ABŞ Senatında xidmət göstərib. O, həmçinin Alabamanın baş prokuroru və federal prokuroru olaraq çalışıb. 1986-cı ildə, prezident Ronald Reyqan onu federal hakim vəzifəsinə nominasiya edib, lakin Senat Seşşionsun keçmişdə irqi ayrıseçkilik etdiyi ilə bağlı iddiaları səbəbilə onun namizədliyini təsdiqləməyib.

Çərşənbə axşamı da, Seşşionsun namizədlyinin əleyhinə çıxış edən Massaçusetsli senator Elizabet Uorren eyni iddialar irəli sürərək qətlə yetirilmiş vətəndaş haqları lideri Martin Lüter Kinq Cuniorun mərhum həyat yoldaşının məktubunu oxuyub.

Senatın repsublikaçı lideri Mitç Makkonnel dərhal onu peşə yoldaşına böhtan atmaqda günahlandırıb və Uorrenin Seşşionsun nominasiyası ilə bağlı müzakirələrdə iştirakının qarşısını alıb.

XS
SM
MD
LG