Accessibility links

ABŞ Baş Prokuroru özünü seçkilərə Rusiya müdaxiləsi ilə bağlı təhqiqatdan uzaqlaşdırdı


ABŞ baş prokuroru Ceff Seşşons Rusiyanın 2016 prezident seçkilərinə hər hansı müdaxiləsi ilə bağlı mümkün bütün federal təhqiqatlardan özünü uzaqlaşdırıb.

The Washington Post qəzeti Seşşonsun senator olduğu zaman Rusiya səfiri Sergey Kislyakla seçkilərdən öncə iki dəfə görüşdüyü haqda məlumat yaydıqdan sonra Seşşons cümə axşamı müxbirlərlə görüşüb.

Sonradan baş prokuror kimi təsdiq olunan Seşşons həmin görüşlər barədə Senatda təsdiqləmə dinləməsində məlumat verməmişdi.

Demokratlar ifrata varırlar. Onlar seçkiləri uduzublar, indi də reallıq hissini itirməkdədirlər. Bu, cadugər ovudur.

Seşşonsun səfirlə görüşləri barədə suallar dolaşmağa başlayıb. Hər iki partiyanı təmsil edən bəzi qanunvericilər maraqlar kəsişməsini əsas gətirərək Seşşsonsun mümkün təhqiqatdan uzaq durmasını tələb ediblər.

Bəzi Demokratlar Seşşonsu and altında keçirilən dinləmədə yalan danışmaqa ittiham edərək onun istefasını tələb ediblər.

Prezident Donald Tramp hesab etdiyini bildirib ki, Seşşons özünü bu növ təhqiqatdan uzaqlaşdırmalı deyil. O, baş prokuroru “dürüst adam” adlandırıb.

“Demokratlar ifrata varırlar. Onlar seçkiləri uduzublar, indi də reallıq hissini itirməkdədirlər. Bu, cadugər ovudur,” Prezident Tramp bəyan edib.

Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakın səsvermədən öncəki periodda Tramp kampaniyasının bəzi üzvləri ilə görüşməsi Rusiyanın seçkilərə müdaxiləsi ilə bağlı ittihamların fonunda dəyərləndirilir.

Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakın səsvermədən öncəki periodda Tramp kampaniyasının bəzi üzvləri ilə görüşməsi Rusiyanın seçkilərə müdaxiləsi ilə bağlı ittihamların fonunda dəyərləndirilir.

Yanvarın 10-da keçirilən təsdiqləmə dinləməsində Demokrat Senator Al Franken Seşşsondan Tramp kampaniyası nümayəndələrinin Rusiya hökuməti ilə təmaslara dair dəlil olub-olmadığını soruşmuşdu.

“Mən bu növ fəaliyyətdən bixəbərəm… Mənim ruslarla təmasım olmayıb və bunu şərh edə bilmərəm,” deyə Seşşons həmin dinləmədə bildirmişdi.

Seşşons özünü təhqiqatdan Ədliyyə Nazirliyinin əməkdaşlarının tövsiyəsi əsasında uzalqaşdırdığını bildirib. O, bu qərarın məsələ ilə bğalı hansısa təhqiqat aparıldığının təsdiqlənməsi kimi yozulmamasına çağırıb.

Baş Prokuror Amerika Birləşmiş Ştatlarında hüquq-mühafizə orqanının rəhbəri hesab olunur.

XS
SM
MD
LG