Accessibility links

Hollivud ulduzu Cek Nikolson kinodan həmişəlik gedir. Bütün dövrlərin ən tanınmış və sevilən aktyoru olmasına baxmayaraq 76 yaşlı Cek Nikolson rəsmən elan etmədən kino dünyasından uzaqlaşmaq qərarına gəlib.

Cekə yaxın adamlardan birinə istinadən deyilir ki, o, yaddaşsızlıq xəstəliyindən əziyyət çəkdiyinə görə və ssenarinin sözlərini yadında saxlaya bilmədiyinə görə kinodan uzaqlaşır.

Cek deyilənə görə yeni filmdə içki düşkünü olan ata obrazını yaratmaqdan boyun qaçırıb. O, prodüserlərə bu rolu oynamaqda maraqlı olmadığını deyib və elə yəqin bununla da filmdən tamamilə uzaqlaşıb.

Oskar mükafatı laureatı 1950-ci ildən bəri kino sənətində idi və bir çox məşhur filmlərdə çəkilib. Cekin çəkildiyi filmlər tamaşaçıların yaddaşında daim qalacaq.
XS
SM
MD
LG