Accessibility links

Yeni sərgidə Amerikanın əfsanəvi birinci xanımının nadir foto-şəkilləri və əlyazmaları nümayiş etdirilir

Massuçests ştatının mənzərəli guşələrindən biri olan Keyp-Kod yarımadasında Amerikanın ən populyar birinci xanımlardan biri olmuş Caklin Kennedinin həyatına həsr edilmiş yeni sərgi açılıb. Con Kennedi muzeyi nəzdində açılmış “Ceki Kennedi-Key-Kodda həyat” adlı sərgidə Jaklin Kennedi-Onassisin nadir əlyazmaları və foto-şəkillər nümayiş etdirilir.

Amerikanın ən məşhur siyasi klanı olan Kennedilər 1920-ci illərdən etibarən yay aylarını Keyp-Kodda keçirməyə başlayıb. Prezident Con Fitzerald Kennedinin özü də daxil olmaqla Kennedilər yay tətilləri ilə yanaşı, adi vaxtlarda da burada istirahət edərək vaxt keçirməyi xoşlayırdı. Məhz buna görə çoxları mərhum prezident Con Kennedinin hakimiyyətdə olduğu dövr Hayannis istirahət güşəsini “Ağ Ev yaylağı” adlandırırdı.

Amerikalıların Ceki kimi çağırdığı əfsanəfi Caklin Kennedi həyatının ən mutlu günləri ilə yanaşı, acı vaxtlarını da Keyp-Kodda keçirmişdir. Bu dövrə aid foto-şəkillər və şəxsi əşyalar iyunun 27-də açılıb sentyarb ayına qədər davam edəcək yeni sərgidə yer alır. Sərgi LİFE jurnalının1953-cü ilin iyulun 20-də Con Kennedi yenicə nişanlandığı Jaklin Buviyerin şəkli yerləşdirilmiş üz qabığının fotosu ilə açılır. Jurnalın bu nömrəsində Hayannisdə bir neçə gün dincələn Con Kennedi və Jaklin Buviyerin bir neçə şəkli yerləşdirilmişdi. Nyu-Yorkda zəngin ailədə anadan olub ABŞ və Avropanın ən prestijli universitetlərində təhsil almış Jaklin Buviyer Con Kennedi ilə 1953-cü ildə sentyabrın 13-də Lonq Aylend ştatında Nyu-Port şəhərində evlənmişdilər. O, Con Kennedinin 1961-ci ildə prezident seçilməsindən sonra onun 1963-cü ildə qətlinə qədər ABŞ-ın birinci xanımı olmuşdur.

Sərgidə Jaklin Kennedi birinci xanım kimi qəbullarda geydiyi gözəl geyimlərdə deyil, daha çox ailə fotolarında həyat yoldaşı və uşaqları da əks etdirilir. Prezident Kennedi bazar, ya da bazar ertəsi günü Vaşinqtona dönür, Ceki isə iki onların iki uşağı ilə istirahəti davam etdririrdi. Lakin bu xoşbəxt anlarla yanaşı, sərgidə Cekinin prezident Kennedinin ölümündən sonra həyatının çətin və yalnız günlərində 1964-cü ildə Keyp-Kodda çəkilmiş fotoları da nümayiş etdirilir.

Burada nümayiş etdirilən əşyaraldan biri də Jaklin Kennedinin özünün rəngli boyalarla çəkdiyi Ağ evin şəkil də var.

Sərgidə maraq doğuran daha bir neçə foto-şəkil 1962-ci ildə mart ayında Con Kennedinin prezident olduğu dövrdə Jaklin Kennedi və onun bacısı Li Radzivilin Hindistana səfərinə aiddir. Bu foto-şəkillərdə Amerikanın ən dəbli birinci xanımı daha çox hamının tanıdığı ampluada- eleqant ledi kimi göstərilir. Hər bir münasibətə uyğun olaraq, lakin hər zaman ledi stilində geyinmiş Ceki foto-şəkillərin demək olar ki hamısında məşhur boyunbağı ilə görünür. Eleqantlıq nümunəsi hesab edilən bu üç sap miravi boyunbağını bəzən onun visit kartı da adlandırırlar. Maraqlısı budur ki, Ceki Kennedinin sağlığında boyunbağının həqiqiliyinə dair heç kəsdə şübhə belə yaranmamışdı. Yalnız onun ölümündən bir neçə il keçdikdən sonra boyunbağının əsl deyil saxta olduğu məlum olmuşdu. Nyu Yorkun Sotsbi hərracında 225 000 dollara satıldlıqdan sonra ekspertlər boyunbağının əsl mirvaridən hazırlanmadığını və bir zamanlar cəmi 80 dollara alındığını müəyyən etmişdilər. Buna görə də Ceki Kennedini bəzən ən məşhur mirvari boyunbağının sahibi adlandıırlar.

ABŞ-ın birinci xanımları arasında Jaklin Kennedi özünəməxsus, lakin universal mənada eleqant zövqə malik bir qadın kimi xüsusi yer tutur. Jaklin Kennedinin yüksək zövqü təkcə Amerikada deyil, elə bütün dünyada ona moda “ikonası” adını qazandırmışdı. Ceki Kennedi geydiyi hər bir don, ya da kostyuma özünəməxsus bir cəhət gətirə bilirdi. Keyp-Kodda istirahət etdiyi zaman geydiyi zolaqlı köynək və ağ qısa bridc stilində şalvar, istərsə də Şanel evinin məşhur çəhrayı kostyumunda olsun əfsanəvi Ceki hər zaman amerikalıların yaddaşında eleqant və yüksək dəbli bir qadın, Kennedilər klanınında böyük iz qoyub getmiş bir xanım kimi qalır.
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG