Accessibility links

Cəmil Həsənli Gəncədə seçicilərlə görüş keçirib


Cəmil Həsənlinin seçicilərlə görüşü

Cəmil Həsənlinin seçicilərlə görüşü

Milli Şuranın prezidentliyə namizədinin görüşünə maneə yaratmağa cəhdlər olduğu deyilir.

Oktyabrın 3-də Gəncə Dövlət Dram Teatrının zalında Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin seçicilərlə görüşü olub. Zala 500-ə qədər adam toplaşıb.

Digər görüş yerlərində olduğu kimi burada da yerli hakimiyyət maneələr yaradıb.

Belə ki, görüş başlayan ərəfədə teatırın giriş qapısı ağzına bir maşın qum və yöl kənarına döşənən beton plitələr boşaldılıb. Bu isə görüşə gələnlərə çətinlik yaradıb.

İnsanları dar qapıdan keçməyə məcbur ediblər. Amma buna etiraz edən görüş iştirakçıları əsas qapını açaraq zala giriblər.

Bundan əlavə, yerli hakimiyyət C.Həsənlinin Gəncəyə gəlişini əngəlləmək üçün şəhid ailələri və müharibə veteranları adından İnternet saytlara etiraz bəyanatı ötürüb.

Polis şəhərin girşində, eləcə də başqa istiqamətlərdən gələn şəxsləri saxlayaraq görüş keçirilən məkana buraxmır.

Bütün bu maneələrə baxmayaraq, görüş baş tutub.

Azərbaycanda oktyabrın 9-da prezident seçkiləri keçiriləcək.
XS
SM
MD
LG