Accessibility links

Cəmil Həsənli: Tarixi olaylara siyasi deyil, öz kontekstində baxmaq lazımdır. [Audio & Video]


Azərbaycanın görkəmli tarixçisi Cəmil Həsənli ötən həftə Türkiyə parlamentində Azərbaycanın müzakirə obyektinə çevrilməsini Amerikanın Səsinə şərh edib.

Türkiyə parlamentində çıxış edən baş naziri Rəcəb Təyyib Ərdoğan müxalifətdə olan Cümhuriyətçi Xalq Partiyasını CHP-ni 1945-ci ildə qaçqın Azərbaycan türklərinə xəyanət etməkdə günahlandırdı. Cənab Ərdoğan o zaman hakimiyyətdə olarkən CHP-nin SSRİ-dən Türkiyəyə qaçmış 146 Azərbaycan türkünün sovet əsgərlərinə təhvil verildiyini və həmin adamların sərhəddəcə sovetlər tərəfindən güllələndiyini nəql edərək CHP başqanı Kemal Kılıcdaroğlunun belə bir partiyanın yetirməsi olduğunu söylədi.

Cəmil Həsənli haqqında danışılan olayı təsdiqləyərək o zaman SSRİ-dən çəkinən Türkiyənin bir çox məsələlərdə sovet diktatoru İosif Stalinə güzəştə getdiyini bildirdi. Onun sözlərinə görə sovet dövləti aqressiv davranışı ilə qonşu ölkələri, o cümlədən Türkiyəni, tez-tez anti-sovet fəaliyyət sərgiləməkdə günahlandırılan insanları cəzalandırmağa yaxud SSRİ-yə təhvil verməyə vadar edirdi. Cənab Həsənli əlavə etdi ki, tarixi hadisələrə hazırkı siyasətdən kənarda, tarixi kontekstdən baxmaq daha düzgün olardı.

Mənim Türkiyənin siyasətində narazı qaldığım məqam odur ki, demokratik seçim yolu ilə seçilən türk parlament üzvləri Azərbaycanda gəlib anti-demokratik seçkiləri bəyənirlər. Bax bu, çox qorxulu bir məqamdır və Azərbaycan cəmiyyətinin narazı qaldığı bir məqamdır.

Rəcəb Təyyib Ərdoğan hökumətinin təmsil etdiyi Ədalət və İnkişaf Partiyasının hazırkı Azərbaycan siyasətini şərh edən Cəmil Həsənli türk dövlətinin demokratiya və insan haqları məsələlərinə daha çox diqqət ayırmasının vacibliyini vurğuladı. Tarixçi qeyd etdi ki, Türkiyədə demokratik proses nəticəsində parlamentə seçilmiş adamların müşahidəçi qismində Azərbaycana gələrək həmin ölkədəki seçkilərə müsbət rəy verməsi təəssüf doğurur.

Müsahibəni dinləyin:
please wait

No media source currently available

0:00 0:09:11 0:00


Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG