Accessibility links

Cəmil Həsənli ilk mitinqini keçirdi [Yekun VİDEO-reportaj]


Milli Şuranın prezidentliyə namizədi tərəfdarları qarşısında çıxış edib

Bu gün sentyabrın 22-də Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin ilk seçki təşviqat mitinqi keçirilib. "Bəsdir" şüarı ilə keçirilən mitinq Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb. İnşaatçılar metro stansiyasının yaxınlığında, M.Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən ​Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin "Məhsul" stadionunda keçirilən mitinqdə Cəmil Həsənli tərəfdarlarına müraciət edib. O, çıxışı zamanı Həzrəti Əliyə istinad edərək deyib: "Həzrəti Əlinin bir kəlamı var. Zülmü görüb, ona etiraz etməmək zalımın yanında olmaq deməkdir".

Milli Şuranın prezidentliyə namizədi Azərbaycan xalqını xeyirin, ədalətin yanında olmağa çağırıb. Cəmil Həsənli seçicilərə çağırış edib ki, zalimin yanında olub bu dünyanın xeyirlərinə aldanmayın.

"Zalimi barmaqla göstərmək lazımdır. Zülmün kötüyünü vətənimizdən çəkmək lazımdır. Bunlar bizim gözəl vətənimizi əraziyə, şərəfli millətimizi əhaliyə çevirməyə cəhd edirlər" - deyə bildirən Cəmil Həsənli millətin qəddini düzəltməli olduğunu vurğulayıb.

Mitinqdə yekun video-reportajı sizə təqdim edirik:
Mitinqdən yekun video-reportaj
please wait

No media source currently available

0:00 0:03:03 0:00
XS
SM
MD
LG