Accessibility links

DQMŞ bu gün növbəti sessiyasını keçirilib

Azərbaycan Demokratik Qüvvələrinin Milli Şurası (DQMŞ) növbəti sessiyası keçirilib. Dekabrın 3-də keçirilən sessiyada prezidentliyə keçmiş namizəd Cəmil Həsənli Milli Şuranın sədri seçilib. Əvvəlki sədr Rüstəm İbrahimbəyov isə fəxri sədr kimi qəbul edilib.









Milli Şura habelə sessiya zamanı Azərbaycan hökumətinin dekabrın 3-dən benzin və dizel yanacağının qiymətinin artırılması haqqında qərarını qətiyyətlə pisləyib. Milli Şuranın dekabrın 3-də qəbul edilmiş bəyanatında hökumətin qərarı “qanunsuz və ədalətsiz addım” kimi qiymətləndirilib. “Tənzimlənən qiymətlər haqqında Qanun”un prinsiplərinə, eləcə də öz Əsasnaməsinin 3.15-ci maddəsinə zidd olaraq, Tarif Şurası iqtisadi-sosial cəhətdən əsaslandırılmadan, bazarın tələbləri və əhalinin alıcılıq qabiliyyəti nəzərə alınmadan yeni qiymət artımına rəvac verib, deyə DQMŞ-nin bəyanatında bildirilir.



Sessiyada EL hərəkatının lideri Eldar Namazov İcra Aparatının rəhbəri vəzifəsindən istefa verib. Onun istefası bugünkü sessiyasında qəbul edilib. Cənab Namazov öz bəyanatında istefasını EL hərəkatının “işlərilə çox məşğul olması” ilə əsaslandırıb. Namazov özü Kiyevdə olduğu üçün sessiyada iştirak etməyib.


Bundan başqa iclasda Ukraynadakı hadisələrə də münasibət bildirilib. DQMŞ hesab edir ki, “Ukrayna xalqının Avropa dəyərlərinə inteqrasiya olmaq uğrunda mübarizəsi mütərəqqi tendensiyadır və onun qələbə ilə nəticələnməsi bütövlükdə post-sovet Avropasının Avroatlantik məkana qoşulması istiqamətdə əhəmiyyətli hadisə olacaq”.






XS
SM
MD
LG