Accessibility links

Cəmil Həsənli: Azərbaycanda insanların konstitutsion hüquqlarına qəsd edilir [Video-Müsahibə]


Cəmil Həsənli: Azərbaycanda insanların konstitutsion hüquqlarına hakimiyyət tərəfindən qəsd edilir
please wait

No media source currently available

0:00 0:06:33 0:00

Cəmil Həsənli: Azərbaycanda insanların konstitutsion hüquqlarına hakimiyyət tərəfindən qəsd edilir

Milli Şuranın sədri, tarix elmləri doktoru Cəmil Həsənlinin Amerikanın Səsinə müsahibəsi

ABŞ-da qərargahlanan Vudro Vilson Beynəlxalq Alimlər Mərkəzi görkəmli Azərbaycan tarixçisi və Milli Şuranın rəhbəri Cəmil Həsənlini 2015 İon Ratiu Demokratiya Mükafatının qalibi elan edib. Laureat üçün ABŞ paytaxtı Vaşinqtonda bir aylıq təqaüd nəzərdə tutulur.

Mükafatı təltif edən Ratiu Mükafatı idarə heyətinin üzvləri sırasında tanınmış polşalı dissident və ictimai intellektual Adam Miçnik kimi şəxsiyyətlər var.

Vilson mərkəzinin vebsaytında elan edilən açıqlamada Dr. Cəmil Həsənlinin Azərbaycanda milli azadlıq və demokratiya hərəkatlarına verdiyi töhfələr vurğulanır.

Milli Şuranın rəhbəri Cəmil Həsənlinin mükafatla bağlı video-müsahibəsini təqdim edirik:

Amerikanın Səsi: Siz Vudro Vilson Beynəlxalq Alimlər Mərkəzinin İon Ratiu Demokratiya Mükafatının qalibi elan edilibsiniz. Laureat kimi beynəlxalq və ölkə ictimaiyyətinə mesajınız nədir?

Cəmil Həsənli : Birinci, mənim mesajım ölkə ictimaiyyətinədir, çünki ölkədə hazırkı vəziyyətin subyekti bilavasitə ölkə ictimaiyyətidir.

Bizim Milli Şura olaraq və mənim şəxs olaraq hədəfim millətimizin haqq və hüququdur - Azərbaycan xalqının ləyaqətli bir həyat tərzinə və normal həyat tərzinə malik olmasıdır. Elementar hüquqlarının təmin edilməsidir.

Dünya ictimaiyyətinə mesajım ondan ibarətdir ki, Azərbaycanda demokratiyanın potensialı var. Biz 2013-cü il prezident seçkilərində bunu gördük.

Bu potensialı hərəkətə gətirmək lazımdır. Yəni çoxlarının düşündüyü kimi Azərbaycan ölü sükunətli bir ölkə deyil. Bu ölkə ilk dəfə Şərqdə cümhuriyyət qurmuş bir ölkədir. Bugünkü insanlar həmin qurucu babaların nəsillərinin davamçılarıdır. Ona görə də Azərbaycanda insan haqlarına, sosial cəhətdən təmin edilmiş və normal bir dövlət sisteminin demokratiyaya şərait yaradan vətəndaş cəmiyyətinin qurulmasına yardım göstərən bir cəmiyyətin qurulması hamımızın arzusudur və bu quruculuğun həm daxili, həm də beynəlxalq şərtləri var.

Bunun təmin edilməsi bizim üçün Milli Şura olaraq başlıca hədəfdir.

Amerikanın Səsi: Azərbaycanda azadlıqlar və demokratiya sahəsində qarşıda duran əsas problemlərin aradan qaldırırlması üçün beynəlxalq ictimaiyyətin dəstəyi yetərlidirmi?

Cəmil Həsənli: Əlbəttə, bu insan haqları, demokratiya ilə bağlı məsələlər sırf yerli məsələlər deyil.

Bunlar qlobal məsələlərdir. Dünyadakı indiki nizam demokratiya üzərində köklənib, fundamental azadlıqlar üzərində köklənib.

Mənə elə gəlir ki, bu gün Azərbaycanda baş verənlər dünya tendesiyasından uzaqlaşmaqdadır. Azərbaycanda insanların konstitutsion hüquqlarına hakimiyyət tərəfindən qəsd edilir.

Məsələn 100-ə yaxın siyasi məhbus var. Əminliklə demək istəyirəm ki, onlar Azərbaycanın ən namuslu vətəndaşlarıdır. Onların demək olar ki, hamısında mən məhkəmə prosesində iştirak etmişəm. Onların bir qismi mənim tələbələrimdir. Həmin məhkəmə proseslərində gördüm ki, bunlara qarşı qurama istintaq işləri aparılır. Ona görə də siyasi məhbusların azad edilməsi, demokratik təsisatların fəaliyyatinin bərpa edilməsi, demokratik bir cəmiyyətin qurulması qarşımızda duran başlıca vəzifədir.

Amerikanın Səsi: Dünyada demokratiyanın inkişafı uğrunda mübarizlərin qarşısında çıxışınız gözlənilir. Çıxışınızın əsas tezisləri necədir?

Cəmil Həsənli : Əsas subyekt Azərbaycan olacaq. Çünki bu mükafat mənə məhz Azərbaycanda yaşadığım üçün, Azərbaycanda bu problemlərin içərisində olduğum üçün verilib.

Düzünü deyim ki, mənim üçün bir qədər gözlənilməz olsa da 2015-ci ilin mükafatı mənə verildi.

Əlbəttə, Azərbaycandakı vəziyyət haqqında, Azərbaycanda demokratiyanın potensialı haqqında ,onun hərəkətə gətirməyin yolları haqqında, 2013-cü il prezident seçkilərinin təcrübəsi haqqında bu təqdimat çıxışımızda bəzi məsələləri səsləndirmək fikrimiz var.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG