Accessibility links

Cəmil Həsənli Sumqayıtda görüş keçirib


Cəmil Həsənli Sumqayıtda
Cəmil Həsənli Sumqayıtda

Milli Şuranın prezidentliyə namizədi görüşdə sumqayıtlılara müraciət edib

Oktyabrın 6-sı Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin Sumqayıtda “Nizami” mədəniyyət klubunda seçicilərlə görüşü keçirilib. Dövlət Himninin səsləndirilməsindən sonra çıxış edən AXCP sədri Əli Kərimli bildirib ki, Əliyevlər hakimiyyəti dövründə Sumqayıt işsizlər şəhərinə çevrilib: “Cəmil Həsənli sonuncu mitinqdə bir daha göstərdi ki, İlham Əliyev hakimiyyətdə olduğu bu müddət ərzində xalqla obyekt kimi davranıb. Elə ona görə də, o bu gün nəinki Azərbaycanın, həm də dünyanın ən varlı adamıdır”.

Çıxış edən Müsavat başqanı İsa Qəmbər bildirib ki, bütün seçkilərdə Sumqayıt camaatı demokratik düşərgənin namizədlərinə səs verib. “Azərbaycan hamımızındır. Azərbaycan oğruların deyil, Əliyevlərin deyil. 2003-cü ildə siz bunu onlara əyani şəkildə sübut etdiniz. Sumqayıt Azərbaycanın modelidir.”- deyə İsaq Qəmbər bildirib.

Cəmil Həsənli Sumqayıtda
Cəmil Həsənli Sumqayıtda
Milli Şuranın vahid namizədi Cəmil Həsənli isə deyib ki, Sumqayıt gənc olsa da tarixi ənənələr yaradıb:” Sumqayıt sırf sənaye potensialı üzərində qurulduğundan Sovet İttifaqı dağılan kimi şəhər tamamilə yoxsullaşdı. İndiki hakimiyyət də bu yoxsulluğu aradan qaldırmağa qadir olmadı. 9 oktaybrda növbəti beş il üçün ölkənin prezidenti seçiləcək. Ölkənin birinci postu üçün keçirilməsi planlaşdırılan yerlərə görün haranı ayırıblar. Bu onların prezident postuna olan münasibətidir. Bu xalqa özlərinin kökəri kimi baxırlar. Əgər sən səs uğrunda mübarizə aparmırsansa, deməli sən padşahlıq eşqindəsən. Bizim millətimiz buna imkan verməyəcəyik. Biz Məhəmməd Əmin Rəsulzadənin nəvələriyik”.


Görüş zamanı “Nizami” mədəniyyət klubunda tam dolu olub. Polislər nəzarəti altında keçən tədbir insidentsiz ötüşüb.

XS
SM
MD
LG