Accessibility links

Cəmil Həsənli: Xalq daim susa bilməz [Video]


Cəmil Həsənli: Xalq daim susa bilməz
please wait

No media source currently available

0:00 0:23:07 0:00

Cəmil Həsənli: Xalq daim susa bilməz

Amerikanın Səsinə Skype müsahibəsində görkəmli tarixçi və Ziyalılar Forumunun həmtəsisçisi Cəmil Həsənli Azərbaycandakı mövcud siyasi situasiya, habelə elmi fəaliyyəti haqda danışıb. Söhbətə Berlinin Humboldt Universitetindən qatılan cənab Həsənlinin sözlərinə görə Azərbaycanda yerli özünü-idarəçiliyin yoxluğu, geniş yayılmış korrupsiya və özbaşınalıq cəmiyyət arasında kəskin narazılıq doğurur.
Əgər ölkədə real islahatlar getməsə, ölkənin inzibati, iqtisadi idarəçiliyində ciddi dəyişikliklər baş verməsə, bu tipli hadisələrin genişlənməsi labüddür.

Cəmil Həsənli müsahibədə İsmayıllıda baş verən hadisələrdən, mənsub olduğu Ziyalılar Forumunun cəmiyyətdəki rolundan, rejissor Rüstəm İbrahimbəyova edilən təzyiqlərdən bəhs edib. Cənab Həsənli həmçinin son günlər yazıçı Əkrəm Əylislinin üzləşdiyi təzyiqlərə reaksiya verib.

Cəmil Həsənli bu yaxınlarda M.E. Sharpe nəşriyyatında çapa qəbul edilmiş kitabı haqda da söz açıb. “Azərbaycanın Xarici Siyasəti – 1918-1920: Qərbə inteqrasiyaya gedən çətin yol” cənab Həsənlinin Birləşmiş Ştatlarda çap etdirdiyi üçüncü kitabdır. Tarixçi bu kitabda Azərbaycan üçün mühüm tarixi məqamdan bəhs etdiyini və Qərb ictimaiyyətini Azərbaycanın demokratik ənənəsi ilə tanış etdiyini bildirib.

Cəmil Həsənli hazırda Almaniya paytaxtı Berlindədir. O, Humboldt Universitetində mühazirələr deyir. Berlinin ən qocaman universitetlərindən olan bu təhsil olcağı 1810-cu ildə prussiyalı liberal islahatçı Vilhelm von Humboldt tərəfindən təsis olunub.
XS
SM
MD
LG