Accessibility links

Cəmil Həsənlinin Avropa səfəri başladı


Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin mitinqi

Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin mitinqi

Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) prezidentliyə namizədi Cəmil Həsənli oktyabrın 13-də Avropaya yola düşüb. Bu barədə məlumat Amerikanın Səsinə Milli Şuradan daxil olub. Cəmil Həsənli Brüsseldə və Strasburqda Avropa İttifaqı və Avropa Şurasının rəsmiləri ilə bir sıra görüşlər keçirəcək. Görüşlərdə Azərbaycanda mövcud ictimai-siyasi durum, Şərq Tərəfdaşlıq Proqramı çərçivəsində Avropa ilə Azərbaycan arasında əməkdaşlıq, 9 oktyabr prezident seçkilərinin yekunları və seçkinin nəticələrinin saxtalaşdırılması və s. məsələlər müzakirə ediləcəyi bildirilir.

Bu ilin noyabr ayında isə Cəmil Həsənli ABŞ-a səfər edəcək.
XS
SM
MD
LG