Accessibility links

Cəmil Həsənli Avropa Parlamentində Xarici Əlaqələr komitəsinin sədri ilə görüşüb


Cəmil Həsənlinin Avropa səfəri

Cəmil Həsənlinin Avropa səfəri

Milli Şuranın prezidentliyə namizədinin Avropa səfəri davam edir

Oktyabrın 16-da Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə namizədi Cəmil Həsənli Brüsseldə, Avropa Parlamentində rəsmi görüşlərə davam edib.

Milli Şuradan Amerikanın Səsinə daxil olan məlumata görə, bir çox avropalı deputat və komitə üzvləriylə keçirilən görüşlərdə əsas müzakirə mövzusu 9 oktyabr seçkiləri və onun nəticələri olub.

Cəmil Həsənli həmçinin Avropa Parlamentində Xarici Əlaqələr komitəsinin sədri Elmar Brok (Almaniya Xristian Demokrat Partiyası) və Anna Gomeslə (Xarici Əlaqələr Komitəsinin sosialist nümayəndəsi) görüş keçirib.

Məlumatda deyilir ki, Avropa parlamentinin iki ən böyük siyasi qrupunun iki nüfuzlu üzvü Avropa Parlamentinin qısamüddətli müşahidə missiyasının Azərbaycanda seçkilərin azad və ədalətli keçirildiyinə dair bəyanatı ilə razılaşmadıqlarını bildiriblər.

Cəmil Həsənlinin Avropa səfəri

Cəmil Həsənlinin Avropa səfəri

Görüş zamanı habelə parlamentin üzvləri Avropa Parlamenti (AB) və Avropa Şurası Parlament Assambleyasının seçkilərdə ciddi qanun pozuntusu olduğunu iddia edən ATƏT-in uzunmüddətli müşahidə missiyasının hesabatı ilə bir-birinə bu qədər zidd bəyanatlar verməsindən şoka düşdüklərini bildiriblər.

"Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Elmar Brok görüş zamanı 7 nəfərdən ibarət Avropa Parlamentinin müşahidə missiyasının rəyinin müzakirəyə çıxarılacağını və orada göstərilən faktların araşdırılacağını bildirib", deyə məlumatda qeyd edilir.

Dünən axşam Cəmil Həsənliylə görüşdən dərhal sonra Avropa parlamentinin xarici əlaqələr komitəsinin Azərbaycandakı seçkilərin nəticələri ilə bağlı növbədənkənar görüşü keçirilib və Avropa parlamentinin bir sıra deputatları qurumun müşahidə missiyasının Azərbaycandakı 9 oktyabr prezident seçkilərinə verdiyi rəylə qəti şəkildə razı olmadıqlarını bildiriblər.
XS
SM
MD
LG