Accessibility links

"Tarixi Şəxsiyyətin Tarixi - Əlimərdan bəy Topçubaşov" [Skype-Müsahibə]


"Tarixi Şəxsiyyətin Tarixi - Əlimərdan bəy Topçubaşov"
please wait

No media source currently available

0:00 0:38:56 0:00
Bu günlərdə görkəmli tarixçi Cəmil Həsənlinin Azərbaycan millətinin qurucu babalarından olmuş Əlimərdan bəy Topçubaşova həsr etdiyi Tarixi Şəxsiyyətin Tarixi kitabı çapdan çıxıb.

Kitab haqda Amerikanın Səsinə danışan Cəmil Həsənli Azərbaycan liberalizminin banisi haqda əldə etdiyi və kitabda sərgilənən tapıntılardan bəzilərini paylaşıb.

Əlimərdan bəyin həyat yolunu Topçubaşovlar nəslinin təşəkkül tapdığı nöqtədən izləyən tarixçi ilk milli parlament sədrinin zəngin həyat yolu barədə ətraflı məlumat verib.

Cəmil Həsənlinin sözlərinə görə Rusiyada 1900-cü illərin əvvəllərində başlanan siyasi islahatlar parlamentarizm ənənəsinin Azərbaycana gəlməsi ilə müşayiət olundu. Rus dumasında müsəlman fraksiyasının liderinə çevrilən Əlimərdan bəy təkcə Azərbaycan türklərinin deyil, bütün Rusiya müsəlmanlarının hüquqlarını mötəbər kürsüdən qoruyurdu.

Sonradan Rusiyada çar hökuməti süquta uğradıqdan sonra müstəqil Azərbaycan dövlətini yaratmaq fürsəti meydana çıxdı. Amma Əlimərdan bəyin və onun silahdaşlarının sayəsində müstəqil dövlətin bünövrəsini hazırlamaq istiqamətində artıq xeyli iş görülmüşdü.

Bu müsahibədə həmçinin tanış olacağınız məqamlar:

- Əlimərdan bəyin məhbəs təcrübəsi

- Ağ Qvardiyaçı Sergey Sazonovun Əlimərdan bəylə mübahisəsi

- 1918-ci ildə Bakı azad olunarkən Əlimərdan bəyin üzləşdiyi məşəqqətlər

- 1920-ci ildə Azərbaycan bolşeviklər tərəfindən işğal olunanda Əlimərdan bəy
harada idi?

- Əlimərdan bəy Topçubaşov və Məhəmməd Əmin Rəsulzadəyə göstərilən rəsmi münasibətlər arasındakı təzad

- Azərbaycanın qurucu babaları haralı idilər?

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG