Accessibility links

CƏMİL HƏSƏNLİ - Milli Şuranın prezidentliyə vahid namizədi [Video & Fotoqalereya]


Cəmil Həsənli yeni vahid namizəddir
please wait

No media source currently available

0:00 0:05:17 0:00

U.S. actor George Clooney and his wife Amal Alamuddin leave the seven-star hotel Aman Canal Grande Venice in Venice, Italy, Sept. 28, 2014.

Görkəmli Azərbaycan tarixçisi və Milli Azadlıq Hərəkatının veteranı mütləq səs çoxluğu ilə vahid namizəd oldu

Demokratik Qüvvələrin Milli Şurası Bakı Dövlət Universitetinin doktoru Cəmil Həsənlini prezidentliyə yeni vahid namizəd irəli sürüb.

Cəmil Həsənlinin namizədliyi Milli Şuranın sədri, prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyov tərəfindən irəli sürülüb və alqışlarla qarşılanıb. Cəmil Həsənlinin lehinə Milli Şuranın iclasında iştirak edən 74 üzvdən 72-si səs verib, 1 nəfər əleyhinə, 1 nəfər bitərəf qalıb.

Cəmil Həsənli bildirib ki, Milli Şuranın demokratiya uğrunda mübarizəsi tarixi baxımdan Məmməd Əmin Rəsulzadə, bu gün baxımdan Əbülfəz Elçibəy yoludur.

O indiki siyasi hakimiyyəti kriminal rejim adlandırıb. Bu mübarizədə yalnız müxalif siyasi qüvvələr deyil, həm də xalqın müxalifətdə olan əksəriyyəti iştirak edir.

“Biz çörək uğrunda deyil, ədalət uğrunda mübarizə aparırıq”, o qeyd edib.
Cəmi Həsənli Bakı Dövlət Universitetinin doktorudur. O Azərbaycan xalq hərəkatında iştirak edib. Əbülfəz Elçibəyin prezidentliyi dövründə prezidentin müşaviri olub.

Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini və iki çağırış Milli Məclisin deputatı olub. 2012-ci ildə Ziyalılar Forumunun təsisçilərindən biridir.

Tarix üzrə dünyada tanınmış Azərbaycan alimlərindədir. Çoxsaylı kitabların müəllifidir. Əsərləri dünyanın bir çox dillərində dərc olunub və dünyanın aparıcı universitetlərində tədris olunur.

XS
SM
MD
LG