Accessibility links

Cəmil Həsənli: Biz kriminal rejimlə qarşı-qarşıya gedirik


Cəmil Həsənli: Biz kriminal rejimlə qarşı-qarşıya gedirik
please wait

No media source currently available

0:00 0:08:09 0:00
Direct link

Demokratik Qüvvələrin Milli Şurasının yeni vahid namizədi Cəmil Həsənli Milli Şura qarşısında çıxış edib. Çıxışın tam video yazısını təqdim edirik. Çıxışdan seçmələr: - Gedəcəyimiz yol tarixilik baxımından Rəsulzadə, günümüz baxımından Elçibəy yoludur. - Bu zalda prezident seçkilərində məndən artıq da iştirak etməyə layiq adamlar var. İstəyirəm ki onlar haqqını halal etsin. Onlar bu yolda əziyyət çəkiblər, Azərbaycan müxalifətin bütün ağırlıqlarını öz çiyinlərində aparıblar, məhrumiyyətlərə dözüblər. Nəinki özləri, yaxınları, övladları, qohumları məhrumiyyətlərə məruz qalıb. - Azərbaycanda müxalifət olmaq çox çətindir, çox ağırdır, çox təhlükəli bir yoldur. Müxalifətçilik fikrini bu günədək yaşadan adamlara eşq olsun. - Ötən əsrin 90-cı illərində başlanmış hərəkat zəminində prosesimizi davam etdirəcəyik. Demokratik qüvvələrin 2003-cü ildə qazandığı qələbəni tamamlamağa çalışacağıq.

XS
SM
MD
LG