Accessibility links

Cəmil Həsənli: İlqar Məmmədov azadlığa buraxılmalıdır


Cəmil Həsənli: İlqar Məmmədov azadlığa buraxılmalıdır
please wait

No media source currently available

0:00 0:08:43 0:00

Demokratik Qüvvələrin prezidentliyə vahid namizədi Cəmil Həsənli Amerikanın Səsinə müsahibəsində imzatoplama kampaniyasını başa çatdırdığını bildirib. Onun namizədliyinin qeydə alınması üçün 45 min seçici imzası toplanıb və sentyabrın 7-də imza vərəqlərini Mərkəzi Seçki Komissiyasına təqdim edəcək. Cəmil Həsənli prezidentliyə namizədlərdən birinin, REAL Hərəkatının liderinin hüquqlarının pozulduğunu bildirib. “20 prezidentliyə namizədliyi təsdiq edilmiş şəxs imzatoplama kampaniyasına rəhbərlik edir. Yalnız İlqar Məmmədov həbsdədir. Bu onun hüquqlarının kobud pozuntusudur. Ilqar Məmmədov azadlığa buraxılmalıdır və o da digər namizədlər kimi seçki kampaniyasına rəhbərlik etməlidir”, deyə o qeyd edib.

XS
SM
MD
LG