Accessibility links

MSK Ədalət Partiyasının sədri İlyas İsmayılovun prezidentliyə namizədliyini də qeydə alıb

Demokratik Qüvvələrin Milli Şurasının namizədi Cəmil Həsənlinin prezidentliyə namizədliyi Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınıb.

Mərkəzi Seçki Komissiyasının (MSK) sentyabrın 12-də keçirilən iclasında bildirilib ki, MSK Həsənlinin təqdim etdiyi 44 495 seçici imzasından 40 291-ni etibarlı sayıb.

MSK həmçinin Ədalət Partiyasının sədri İlyas İsmayılovun prezidentliyə namizədliyini qeydə alıb.

Azadlıq Partiyasının sədri Əhməd Orucun isə namizədliyi qeydə alınmayıb. Onun etibarlı imzaları qeydə alınması üçün bəs etməyib.

Prezidentliyə namizədin qeydə alınması üçün 60 seçki dairəsinin hər birinin ərazisindən 50 imza olmaqla azı 40 min imza toplanmalıdır.
XS
SM
MD
LG