Accessibility links

Milli Şura oktyabrın 6-da mitinq keçirəcəyinə təkid edir


Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin təşviqat mitinqi
Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin təşviqat mitinqi

Bakı meriyası Cəmil Həsənlinin mitinqinin oktyabrın 5-də keçirilməsini təklif edib. Həsənlinin Seçki Qərargahı təklifi qəbul etməyib və oktyabrın 6-da mitinq keçirməyə israrlıdır

Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə vahid namizədi Cəmil Həsənlinin oktyabrın 6-da keçiriləcək növbəti görüş - mitinqi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə olunan müraciətə adı çəkilən qurum cavab verib. İcra Hakimiyyəti nəzərdə tutulan görüşün 05 oktyabrda keçirilməsini təklif edib və bununla bağlı təşkilatçılardan müvafiq məktub göndərilməsini istəyib.

Cəmil Həsəlinin mətbuat xidmətinin məlumatına görə, Bakı şəhər İcra Hakimiyyəti fikirini onunla əsaslandırır ki, həmin gün başqa namizədlərin də görüşü var.

Amma ekspertlər hesab edir ki, hakimiyyət özünün əsas rəqibinin görüşünün izdihamlı keçməsinin qarşısını almaq üçün bu taktikadan istifadə edir. Belə ki, digər günlərlə müqayisə də istirahət günü olduğundan bazar günü görüş- mitinqə daha çox insanların gəlmə imkanları var.

Prezidentliyə namizəd Cəmil Həsənlinin Seçki Qərargahı Bakı şəhər icra Hakimiyyətinin təklifini qəbul etməyib.

Prezidentliyə namizəd Cəmil Həsənlinin seçicilərlə görüş- mitinqi “Professor Cəmil Həsənliyə səs verin!”, “Doğrunu seç!”, “Konstitusiyaya əməl edək!”, “Namizədlərə bərabər şərait yaradılsın!”, “Qanunların alililiyi hamı üçündür!”, “Namizədlə görüşə əngəl yaratmayın!”, “BƏSDİR!” və seçki təbliğatına aid digər şüarlarla keçiriləcək görüşdə 10 (on) mindən artıq şəxsin iştirakı gözlənilir.
XS
SM
MD
LG