Accessibility links

Mitinqə icazə verilməsə Cəmil Həsənli xalqı Fəvvarələr meydanına səsləyəcək (Video)


Cəmil Həsənlinin Avropa səfəri

Cəmil Həsənlinin Avropa səfəri

Almaniyada səfərdə olan Cəmil Həsənli seçkilərin saxtalaşdırıldığını bildirib və bir sıra beynəlxalq müşahidəçilərin hesabatlarına etiraz edir




Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli etirazçı insanları ana müxalifətin 20 oktyabrda keçirəcəyi mitinqə çağırıb. Əgər “Məhsul” stadionunda mitinqin keçirilməsinə icazə verilməsə, o xalqı şəhərin mərkəzindəki Fəvvarələr Meydanına səsləyəcəyini bildirib. Bu barədə Avropada səfərdə olan Cəmil Həsənli “Meydan” televiziyasına müsahibəsində bildirib.

Həsənli müsahibədə müxalifətin seçkilərdən sonra Avropada keçirdiyi görüşlər barədə danışıb. O seçkilərin saxtalaşdırıldığını deyib, beynəlxalq müşahidəçilərin məruzələrinə münasibət bildirib.

Xatırladaq ki, oktyabrın 17-də Bakı şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinqlə bağlı müraciətinin onlara çatmadığını bildirib. Milli Şuranın mətbuat xidməti isə müraciətin mətnini və meriyaya göndərilən müraciətin poçt qəbzini yayıb. Qəbzdə meriyaya oktyabrın 14-də müraciət göndərildiyi qeyd edilib.

Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı Amerikanın Səsinə bildirib ki, indiki anadək Bakı meriyası Milli Şuranın məktubuna cavab verməyib.
XS
SM
MD
LG