Accessibility links

Azərbaycan tarixçisi erməni-türk problemi ilə bağlı beynəlxalq komissiya yaradılması təşəbbüsülə çıxış edib


Cəmil Həsənli

Cəmil Həsənli

Azərbaycan tarixçisi Cəmil Həsənli Osmanlı Türkiyəsində erməni faciəsinin 100-cü ilinin tamam olduğu gün bu məsələnin araşdırılması üzrə tarixçi alimlərin, hüquq sahəsində ekspertlərin iştirakı ilə beynəlxalq komissiya yaradılması haqqında təşəbbüslə çıxış edib.

“Hesab edirəm ki, bu gün bir-birimizin gözünün içinə baxmağın və həmin vaxtların hadisələrini tarixçi alimlərdən, hüquq sahəsində ekspertlərin iştirakı ilə beynəlxalq qrup çərçivəsində araşdırmağın vaxtı çatıb. Həmin illərin hadisələrinə iki fərqli yanaşma – erməni və türk yanaşması var və onların təfsiri çox ciddi siyasi, hüquqi və əxlaqi kazuslara və spekulyasiyalara səbəb olur ki, bu da iki xalqın yaxınlaşmasına və regionda sülhün bərqərar olmasına mane olur. Mənim əsasən Birinci Dünya Müharibəsinin iştirakçısı olan ölkələrin və həmin hadisələrin iştirakçılarının arxiv məlumatlarına əsaslanan şəxsi araşdırmalarım bir azərbaycanlı olaraq etnik mənsubiyyətimlə əlaqədar qərəzli görünə bilər. Amma düşünürəm ki, beynəlxalq alimlər koalisiyasının gələcəyi nəticələrlə hamı razılaşa bilər və bununla erməni-türk münasibətlərində sülh səhifəsi açıla bilər. Bu nəticələr nə qədər ağır olsa da, bu, “Kimdir günahkar?” sualına cavab tapmağın yeganə yoludur”, deyə Həsənli bildirib.

Amma bizin vəzifəmiz təqsirkarların axtarışından deyil, peşmanlıq və barışıq yollarının axtarılmasından ibarət olmalıdır, deyə o, sözünə davam edib.

“Mən bütün maraqlı elmi dairələri belə bir komissiya yaradılması üzrə addım atmağa, Birinci Dünya Müharibəsinin iştirakçısı olan dövlətləri isə bu qrupun səmərəli işi üçün şərait yaratmağa çağırıram”, deyə Cəmil Həsənlinin müraciətində bildirilir.

Cəmil Həsənli tarix elmləri doktoru, siyasi və ictimai xadimdir, 2013-cü ilin oktyabrında Azərbaycanda prezident seçkilərində müxalifətin namizədidir.

O, Azərbaycan, ABŞ, Türkiyə və digər ölkələrdə dərc edilmiş 15 monoqrafiya və kitabın, 100-dən çox məqalənin müəllifidir.

XS
SM
MD
LG