Accessibility links

Cəmil Quliyev İctimai Televiziyanın baş direktoru seçilib


Cəmil Quliyev
Cəmil Quliyev

Emin Hüseynov seçkinin nəticələrini tanımır, məhkəməyə müraciət edəcək

Aprelin 23-də İctimai Televiziya Yayım Şurası baş direktor seçkisi keçirib. Baş direktorluğa Cəmil Quliyev (“Mədəniyyət” telekanalının rəhbəri, Şamil Şəfiyev, Nicat Mustafayev və Emin Hüseynov (Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu) iddia edib. Səsvermədə Yayım Şurasının 9 üzvündən 8-i iştirak edib.

Səsvermənin yekunlarına əsasən C.Quliyev 8 səs lehinə olmaqla İTV-nin baş direktoru seçilib.

RATİ-nin direktoru seçki proseduru ilə razılaşmayıb və səsvermənin nəticələrinin tanınmadığını bildirib. O, Milli Teleradio Şurası rəhbərliyinin seçki prosesinə müdaxiləsinin qanunsuz olduğunu bildirib.

E.Hüseynov seçkilərin nəticələrini qeyri-legitim sayır və məhkəməyə şikayət etmək, həmçinin Avropa Yayım Şurasına müraciət etmək niyyətindədir.

C.Quliyev Ümumittifaq Kinematoqrafiya İnstitutunu bitirib, ixtisasca kinorejissordur. “Azərbaycanfilm” kinostudiyasında çalışıb, Dövlət Film Fondunun direktoru olub. Son iki ildə “Mədəniyyət” telekanalına rəhbərlik edib.
XS
SM
MD
LG