Accessibility links

Bəzən ixtiraçılar çətinliklərini aradan qaldırmaq üçün yol axtarmaqdan ilham alır.

ABŞ-ın Azərbaycandakı səfirliyi facebook səhifəsində bildirir ki, Vyetnam müharibəsinin veteranı Cim Martinson döyüşlərdə ayaqlarını itirdikdən sonra, heç vaxt xizək sürməcəyinə əmin idi. Lakin, Martinson öz arzusundan imtina etmir.

O, 1980-cı ildə fiziki imkanları məhdud idmançılar üçün avadanlıq yaratmaq məqsədi ilə Motion Magic adlanan şirkət yaradır. Fiziki imkanları məhdud idmançılara gündəlik həyat və digər idman növləri üçün xüsusi avadanlıqlar buraxmaqla yanaşı, şirkət onlara xizək sürməyə imkan verən “Mono-ski” adlı qurğunu icad edib. Martinson isə öz sevimli idman növünə dönməkdən əlavə, 1992-ci ildə mono-xizək növü üzrə Paralimpiya qızıl medalını qazanıb.

XS
SM
MD
LG