Accessibility links

Ermənistanı Erməni Ümummilli Hərəkatı, Azərbaycanı Müsavat Partiyası, Gürcüstanı Respublika Partiyası təmsil edir.

İyulun 15-dək Gürcüstan paytaxtı Tbilisidə “Qafqazda azadlıq, sülh və çiçəklənməyə dəstək” adlı konfrans keçiriləcək. Almaniyanın Fridrix Nauman Fondu tərəfindən təşkil edilən forumda Cənubi Qafqaz ölkələrinin siyasi partiya və vətəndaş cəmiyyəti nümayəndələri iştirak edir. Ermənistanı Erməni Ümummilli Hərəkatı, Azərbaycanı Müsavat Partiyası, Gürcüstanı Respublika Partiyası təmsil edir.
Tədbir təşkilatçılarının Turan agentliyinə verdiyi məlumata görə, konfransın ilk günündə iştirakçılar hər bir Qafqaz ölkəsində vəziyyəti müzakirə edəcək. İkinci gün Cənubi Qafqazın Avropa qurumlarına inteqrasiyası yollarına baxılacaq.
Vətəndaş cəmiyyətinin inkişafı, demokratik islahatların və seçkilərin keçirilməsi, münaqişələrin həlli (ilk növbədə Qarabağ münaqişəsinin), insan hüquq və azadlıqlarının təmin edilməsi mövzuları müzakirə olunacaq.
Qeyd edək ki, bu, Cənubi Qafqaz nümayəndələrinin Fridrix Nauman Fondunun təşkilatçılığı ilə ilk görüşü deyil. Sonuncu belə görüş Potsdamda keçirilib və Cənubi Qafqazın gələcəyi haqqında ümumi bəyannamənin qəbulu ilə başa çatıb

Show comments

XS
SM
MD
LG