Accessibility links

Cənubi Koreyada batmış bərədə aşkar edilən sümüklərin hadisə qurbanlarına aid olmadığı məlum olub


Cənubi Koreyanın Okeanlar və Balıqçılıq Nazirliyi 2014-cü ildə batmış qayıqda aşkar edilən sümüklərin hadisə qurbanlarına aid olmadığını və onların heyvan sümükləri olduğunu təsdiqləyib.

Axtarış dəstələri sümükləri dünən aşkar edib və rəsmilər onların əvvəlcə insana aid olduğuna inandıqlarını deyib. Bu tapıntı cəsədləri hələ aşkar edilməmiş doqquz nəfərin ailə üzvləri tərəfindən ümidlə qarşılanmışdı.

Hadisə baş verən zaman bərədə ümumilikdə 476 nəfər olub. Onların əksəriyyəti məktəb şagirdləri idi. Hadisə baş verən zamanı Sevol adlı bərə İnçeondan istirahət mərkəzi olan Jeju adasına səyahət edirdi. Bu faciəli hadisə nəticəsində 304 nəfər həlak olub.

Axtarış komandası ötən həftə bərənin qalıqlarını suyun dibindən çıxarıb və əməliyyatlar aparılan yerdə sümüklər aşkar edilib.

Bu fəlakət qısa zamanda hökumətin fövqəladə vəziyyətlərdə qeyri-adekvat fəaəliyyətini üzə çıxarıb. Bu həm də dərin kök salmış korrupsiya və qanunların işləməməsi kimi halların üstünü açaraq, bu yaxınlarda prezident Pak Qın-henin hakimiyyətdən getməsi ilə nəticələnmiş korrupsiya qalmaqalı ilə bağlı ictimai narazılığın güclənməsinə gətirib çıxarıb.

Hadisə baş verən zaman Sevol bərəsini tərk etmiş kapitanı Li Con-seok kobud şəkildə səhlənkarlığa yol verməkdə təqsirli bilinərək ömürlük, digər ekipaj üzvləri isə dəniz qanunlarını pozmaqda günahlandırılaraq, 12 ilədək həbsə məhkum edilib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG